Xəbər lenti
Dəmir yumruq » Manşet » 25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
Manşet / Siyasət / 19-07-2024, 16:54

25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib

 
Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 26 siyasi partiyadan 25 siyasi partiya müraciət edib.
 
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
 
O bildirib ki, artıq 23 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq MSK-da qeydiyyatdan keçib.
 
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.