Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü
Manşet / Siyasət / 15-07-2024, 15:55

Prezident İlham Əliyevin Pakistan səfəri ikitərəfli münasibətləri dəyişdirəcək dönüş nöqtəsi kimi tarixə düşdü

 

Son illər ərzində Azərbaycanın dünyada nüfuzunun artması, mövqeyinin güclənməsi respublikamızın münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələri daha da inkişaf etmiş və genişlənmişdir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri starteji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş dövlətlərdən biri də qardaş Pakistandır.


İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz həm ikitərəfli, həm də çox tərəfli platformalarda bir-birinə daim dəstək verir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır.


İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan-Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki ölkənin starteji mövqeyi və regional təsiri onların qarşılıqlı əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaradır. Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən Pakistanın dəstəyi və bu gün ki əməkdaşlıq platformaları bu əlaqələrin nəqədər dərin və möhkəm olduğunu göstərir.


Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edir: “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycan dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıq dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.


Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlıdır. İyulun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident belə bir mühüm faktı bir daha vurğuladı ki, Pakistan işğal dövründə Azərbyacana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.


Bu ilin iyulun 11 və 12-də Prezident İlham Əliyevin Pakistana dövlət səfəri Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından bundan sonrakı münasibətlərdə daha böyük tarixi önəm daşıyacaqdır.  Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin Pakistana səfəri ikitərəfli münasibətləri dəyişdirəcək, dönüş nöqtəsi kimi tarixə düşdü və təbii ki, keçirilən görüşlər, imzalanan sənədlər Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlərin açacağı şübhəsizdir.


Dövlətimizin başçısı Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, “Biz hər zaman əməkdaşlıq etmişik, hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar planlarımızdır və bütün planlarımız icra olunacaq”.


Beləliklə Prezident İlham Əliyevin Pakistana tarixi səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsinə və inkişafına ciddi təsir göstərəcək, əlaqələrimiz bundan sonra daha dinamik şəkildə inkişaf edəcək.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.