İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, islahatçıların təmsilçisi Məsud Pezeşkian əsas rəqibi Səid Cəlilini üstələyir.
Demiryumruq. Az xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb.
“Hesablama Pezeşkianın xeyrinə davam edir”, - agentlik qeyd edib.
Bildirilib ki, rəsmi statistika bir neçə saat sonra elan olunacaq.
***
İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.
“Qafqazinfo” İran Seçki Qərargahına istinadən xəbər verir ki, ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.
Yekun nəticəyə əsasən, Məsud Pezeşkian 16,384 milyon seçininin etimadını qazanıb. 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.
Səid Cəlili isə bu post uğrunda mübarizədə 13,538 milyon səs toplayıb.