Xəbər lenti
Dəmir yumruq » Manşet » İranda prezident seçkilərinin ikinci turu başlayıb, Xamenei səs verib
Manşet / Dünya / 5-07-2024, 07:33

İranda prezident seçkilərinin ikinci turu başlayıb, Xamenei səs verib

 

İranda növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.
 
Demiryumruq.Az xəbər verir ki, seçkilərin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian və mühafizəkar namizəd Səid Cəlili mübarizə aparır.
 
"Tasnim”in məlumatına görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərinin ikinci turunda səs verib.
 
Qeyd edək ki, birinci turda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edirdi.
 
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra ölkədə növbədənkənar prezident seçkiləri elan olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.