Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Zirvəsi üçün getdiyi Qazaxıstanın paytaxtı Astanada Rusiya lideri Vladimir Putinlə görüşüb.
Demiryumruq. Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət, İsrail-HƏMAS məsələsi, Suriyadakı gərginliyin həlli yollarının axtarışı və terrorla mübarizə məsələləri müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin öz bölgəsində və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini vurğulayıb.
O, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibənin əvvəl atəşkəs, sonra isə sülhlə sona çatması üçün razılaşmaya zəmin yarada biləcəyini və hər iki tərəfi də qane edəcək ədalətli bir sülhün mümkün olduğunu bildirib.