Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı "Milli Birlik" partiyası liderlik edir.
Demiryumruq.Az xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.
Beləliklə, “Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb.
Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Respublika naminə birlik” koalisiyası isə 22% səslə üçüncüdür.