"Müəllim ali təhsilli olmalıdır, bu vacibdir. Nəyə görə? Çünki müəllimlik ixtisası ali təhsil peşəsidir”.
Demiryumruq. Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vaxtilə orta ixtisas təhsil müəssisələrində də müəllimlər hazırlanıb:
“Bu, müəllim çatışmazlığı dövründə sürətli müəllim hazırlanması üçün atılan addım olub. Hazırda isə ali təhsilin tələb edildiyi məktəblər var və bu qanunvericilik çərçivəsində olan tələbdir.
Artıq bilirsiniz ki, biz nazirlik olaraq nəinki ümumitəhsil, hətta məktəbəqədər təhsil səviyyəsində də müəllim hazırlığını orta ixtisas təhsil müəsisələrində saxlamışıq. Bundan sonra bunu etməyəcəyik”.