Parlament seçkiləri ilə bağlı maarifləndirmə işləri aparmalıyıq, xüsusən də tələbələrin səs verməsi üçün tədbirlər görməliyik, çünki onlar yay tətilinə gedirlər”.
Demiryumruq. Az məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu dəfə də seçkilərdə tələbələrin səsverməsi ilə bağlı müvafiq addımlar atılmalıdır: “Tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə də tələbələrin seçkilərdə iştirakını təşkil etməliyik”.
Bakıda yaşayan tələbələrin vəziyyəti məlumdur, ancaq regionlarda yaşayanlar yəqin ki, valideynlərinin yanına gedəcək. Ona görə də onların hamısını qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin etməliyik ki, onlar harada olurlarsa, olsunlar, səs verə bilsinlər”.