Xəbər lenti
Dəmir yumruq » Manşet » Cavid Hüseynov Ali Məhkəmənin Aparat rəhbəri təyin olunub
Manşet / Siyasət / 27-06-2024, 08:34

Cavid Hüseynov Ali Məhkəmənin Aparat rəhbəri təyin olunub

 

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.

Bu vəzifə Cavid Hüseynova həvalə olunub.

C.Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.

2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

C.Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-cidərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları ilə təltif edilib


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.