Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev - Azərbaycan COP-29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə olmağı hədəfləyib
Manşet / Siyasət / 23-06-2024, 14:39

Prezident İlham Əliyev - Azərbaycan COP-29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə olmağı hədəfləyib

 

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb. 


Reportajda Bakı Enerji Həftəsinin gedişi və qarşıya qoyulan hədəflər barədə Avropa və dünya ictimaiyyətinə mühüm açıqlamalar təqdim edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin “Euronews”a verdiyi müsahibədə isə Azərbaycanın mövqeyi detallı şəkildə açıqlanıb. Müsahibə zamanı qeyd olunub ki, Azərbaycan bu gün nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu seqmentdə dünyanın aparıcı şirkətlərindən olan “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır və Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlar sırasında önəmli yer tuturlar və Azərbaycanla işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri də mövcuddur. Bütün bunlar ölkəmizin yaşıl enerji sahəsində də tezliklə aparıcı dünya dövlətlərindən biri olmaq planlarından xəbər verir.


Dövlət başçısı eyni zamanda vurğulayıb ki, Azərbaycan COP-29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə olmağı hədəfləyib. Prezident İlham Əliyev bərpaolunan enerjiyə keçidlə bağlı qarşıya çıxan çətinliklərdəndə söz açıb. Dövlət başçısı bildirib ki, bu milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayadarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin.


Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən də bəhs edib. Vurğulayıb ki, ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.