İqlim üzrə Avropa komissarı Vopke Hukstra sabah Azərbaycana səfər edəcək.
Məlumatına görə, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Məlumata əsasən, o, Azərbaycan hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirmək və noyabrda ölkədə keçiriləcək BMT-nin iqlim dəyişikliyinə dair COP29 konfransına hazırlıq işlərini müzakirə etmək üçün Bakıya gələcək.
Bildirilib ki, səfər zamanı V.Hukstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un sədrliyi komandası ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparacaq.