Xəbər lenti
Dəmir yumruq » Manşet » Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9 milyard kubmetrdən çox təbii qaz ötürülüb
Manşet / Siyasət / 19-06-2024, 08:43

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9 milyard kubmetrdən çox təbii qaz ötürülüb

 
Yanvar-may aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 17 milyard 359 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 3 faiz azalma müşahidə olunub.
 
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, beş ayda qaz nəqlinin 54,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 2,63 faiz artaraq 9 milyard 471,6 milyon kubmetr təşkil edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.