Xəbər lenti
Dəmir yumruq » Manşet » Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan
Manşet / Siyasət / 13-06-2024, 20:48

Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan

 

Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT TŞ-nin 5 daimi üzvü - red.) əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.

“Son olaylarda da bu 5 ölkədən biri İsrailin tərəfində yer alır. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri İspaniyanın Fələstini tanımaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkənin qoşulmasının vacibliyini qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.