Dəmir yumruq » Manşet » "Mən bu qanunu ziyanlı hesab edirəm və səs verməyəcəyəm” men-bu-qanunu-ziyanli-hesab-edirem-ve-ses-vermeyeceyem
Manşet / Siyasət / 7-06-2024, 12:56

"Mən bu qanunu ziyanlı hesab edirəm və səs verməyəcəyəm” men-bu-qanunu-ziyanli-hesab-edirem-ve-ses-vermeyeceyem

 

"Təxminən 3 milyon azərbaycanlı kənarda yaşayır. Bunların bir hissəsi məcbur gedib vətəndaşlıq alıb, ailəsi burdadır. Qayıdıb gəlir, amma burada vətəndaşlıq ala bilmir”. 
 
Bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklə bağlı keçirilən müzakirədə bildirib.
 
Deputat qeyd edib ki, 30 il əvvəl Azərbaycana köçən Axısxa türkləri hələ də pasport, vətəndaşlıq ala bilmirlər: “Bəzən özümüz öz torpağımızda vətəndaşlıq ala bilmirik. Bu məsələlər nizama salınmalıdır. Öz millətimizdən olan Güneydən gələn cavanlar burada evlənir, amma vətəndaşlıq ala bilmir. 
 
Bunu necə edə bilərik?! Miqrasiya, oturma haqqı, vətəndaşlıq haqqı vermirik. Biz Güneyi necə sevirik?! Mən bu qanunu milli strateji baxımından ziyanlı qanun hesab edirəm və səs verməyəcəyəm”.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.