Xəbər lenti
Dəmir yumruq » Manşet » İrəvan Zəngəzur üçün Bakıya üz tutacaq: 1 həftə qaldı
Manşet / Siyasət / 6-06-2024, 21:12

İrəvan Zəngəzur üçün Bakıya üz tutacaq: 1 həftə qaldı

 

Bir, yaxud bir neçə həftədən sonra Ermənistanda qida qıtlığı yaranacaq, ardınca Zəngəzur dəhlizinin açılması zərurəti ortaya çıxacaq.

Bu barədə erməni şərhçi Hayk Martirosyan deyib.

H.Martirosyan qeyd edib ki, Ermənistana daxil olan neft məhsulları və taxılın hamısı olmasa da, böyük hissəsi Gürcüstan marşrutu üzrə gəlir.

“Baş verən son daşqınlar nəticəsində bu marşrut üzrə dəmir yolu bir neçə yerdə ciddi zərər görüb. Dəmir yolunun təxminən 5-6, bəzi məlumatlara görə daha çox hissəsi dağılıb. Loridən quru yollardan keçən magistral da zədələnib. Tavuşdan keçən yol isə Azərbaycanın nəzarətindədir. Dövlət orqanları yolun təmiri barədə düşünməyə başlayıb, yəni hələ düşünürlər. Bəs dəmir yolu necə olacaq? Dəmir yolundan nəinki hakimiyyət söz açmır, hətta mətbuat da bu haqda heç nə yazmır. Bu vəziyyət tezliklə - bir neçə həftədən sonra Ermənistanda qida qıtlığına səbəb olacaq”, - o deyib.

Erməni şərhçi qeyd edib ki, taxılın quru yolla daşınması nəticəsində qiymətlər böyük ölçüdə artacaq:

“Həmçinin neft məhsulları bazarı çökəcək. Yanacağın qiyməti astronomik həddə çatacaq, hətta iki, ya üç dəfə arta bilər. Bu vəziyyət Zəngəzur dəhlizinin qaçılmazlığı məsələsini gündəmə gətirir. Yollar bərbaddır, dəmir yolu yoxdur. Buna görə Azərbaycan və Türkiyənin istədiyini verməkdən başqa yol qalmır. Azərbaycandan neft məhsullarının, Türkiyədən isə taxılın alınması zəruriliyi məsələsi eyni vaxtda gündəmə gələcək. Ardınca Zəngəzur dəhlizinin açılması aktuallaşacaq. Bu, Rusiyaya da sərf edən ssenaridir”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.