Xəbər lenti
Dəmir yumruq » Manşet » Paşinyan noyabrda Bakıya gələcək? - İrəvandan açıqlama
Manşet / Siyasət / 6-06-2024, 21:08

Paşinyan noyabrda Bakıya gələcək? - İrəvandan açıqlama

 

Bir neçə gün öncə erməni sosial şəbəkə istifadəçiləri Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanda noyabrın 11-22-də keçiriləcək COP29 konfransına dəvət edildiyi haqda məlumat yaymışdı.

Bu gün erməni mediası Paşinyanın mümkün səfəri haqda informasiya tirajlayıb və azərbaycanlı fəala istinad edib.

Sorğumuza cavab olaraq Azərbaycan XİN-dən bildirilib ki, onlarda bu haqda heç bir məlumat yoxdur.

Yayılan iddianı Ermənistan Baş nazirinin sözçüsü Nazeli Baqdasaryan da təkzib edib.

“Paşinyanın iş proqramında belə bir səfər nəzərdə tutulmayıb”, - o bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.