Xəbər lenti
Dəmir yumruq » Manşet » Əhmədov AB Şurasına məhkəmədə qalib gəldi
Manşet / Siyasət / 29-05-2024, 14:13

Əhmədov AB Şurasına məhkəmədə qalib gəldi

 

2023-cü ilin sentyabrında AB-nin sanksiya siyahısından çıxarılan Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov Lüksemburqdakı məhkəmə orqanının qərarından sonra AB Şurasına qarşı məhkəmədə qalib gəlib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, AB Şurasına Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları 2022-ci il aprelin 8-dən ləğv etmək tapşırılıb:

“Məhkəmə həmçinin AB Şurasına bu işlə bağlı bütün məhkəmə xərclərini ödəməyi tapşırıb”.

Qeyd edək ki, 2023-cü il sentyabrın 14-də AB Şurası sahibkar Fərhad Əhmədovu şəxsi sanksiyalar siyahısından çıxarıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.