Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev: Hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir
Manşet / Siyasət / 25-05-2024, 13:21

Prezident İlham Əliyev: Hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir

 

Ölkəmizin beynəlxalq əhəmiyyətli qlobal tədbirlərə ev sahibliyi etməsi artıq bir ənənə halını alıb. Belə tədbirlərdən biri olduqca aktual, qlobal problemlərin həllinə həsr olunmuş COP-29-dur. COP-29 qlobal iqlim dəyişikliyi ilə bağlı əslində bəşəriyyətin gələcəyini təmin edəcək qədər vacib və aktual tədbirdir və sözsüz ki, ölkəmizin bu mötəbər və nüfuzlu beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Bununla belə cənab prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında vurğuladığı kimi əsas məsələ tədbirin necə keçiriləcəyində deyil, həm də hansı nəticələrin əldə ediləcəyindədir.


Məhz bu məsələ ilə bağlı dövlətimizin başçısı cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində bir çox vacib məqamlara toxunmuş və dəyərli açıqlamar vermişdir. İlk növbədə cənab prezident bildirmişdir ki, Azərbaycanda bütün iştirakçı tərəflərin özlərini rahat hiss edəcəyi bir mühit yaradılacaq. Ölkə başçısı eyni zamanda Azərbaycanın bu vaxta qədər beynəlxalq təşkilatlarla işləmək təcrübəsinin olduğunu qeyd etdi və Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Azərbaycanın qazandığı mühüm uğurlardan bəhs etdi. “Bizim Qoşulmama Hərəkatında körpü rolu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq və qəbul etmişik.”


Əlbəttə ki, ölkə başçısının qeyd etdiyi kimi bu çox qiymətli təcrübədir və Azərbaycan hər zaman olduğu kimi öz imkanlarını bütün dünya birliyinin rifahına xidmət edə biləcək məqsədlərə nail olmaq üçün təqdim etməyə hazırdır.


Azərbaycan qazıntı yanacağına sahib olan ölkələrdən biridir, amma ölkəmizin təcrübəsində, həm də Cop-un vəzifə və məqsədləri ilə uzlaşdırılan prosesə çevrilib. Prezident İlham Əliyev öz müsahibəsində real məntiqə əsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı ilə zəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkdi. Ölkə rəhbəri eyni zamanda qazıntı enerjisinə malik olan ölkələrin buna görə ittiham edilməməsini, əksinə bu sahədən gələn gəlirlərin qlobal iqlim dəyişiklikləri kontekstində səfərbər edilərək problemlərin həll edilməsinə yönəldilməsini qeyd etdi.


Prezident müsahibəsində eyni zamanda bir daha vurğuladı ki, faydalı qazıntı ilə zəngin olan ölkələr ilk növbədə həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər. İkinci bir tərəfdən isə zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni zamanda yaşıl enerji istehsalı ilə bağlı məsələlərdə önə keçməsi təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti yarada bilər. Eyni zamanda qeyd etdi ki, Azərbaycan COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox ölkələrlə fəal iş aparır. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsi olduğunu vurğuladı. Beləliklə cənab prezidentin qeyd etdiyi kimi məhz həmrəylik maliyyələşməni və qlobal problemlərin həlli yolunda necə uğur qazanılacağını şərtləndirəcək ən mühüm amillərdən biridir və Azərbaycan bu həmrəyliyə nail olunması üçün əlindən gələni edəcəkdir.


Bu baxımdan Azərbaycan belə bir tədbir keçirməklə bütün dünyanın diqqət mərkəzinə çevriləcək və bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin, rolunun və nüfuzunun göstəricisinə çevriləcək.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.