Ermənistanın Baş naziri Nikol Paşinyan helikopterin məcburi eniş etməsi ilə bağlı paylaşım edib.
Ermənistan Baş naziri hava şəraiti pis olduğuna görə helikopterin məcburi eniş etdiyini bildirib.
Onun sözlərinə, səfərə artıq avtomobil vasitəsilə davam edirlər.
XXX
11.00
Ermənistanın Baş naziri Nikol Paşinyanın helikopteri məcburi eniş edib.
Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Bildirilib ki, Paşinyan bu gün səhər saatlarında Tavuşa gedirmiş, lakin Vanadzor stadionuna məcburi eniş etməli olub.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində İran Prezidenti də daxil olmaqla 9 nəfər həlak olub.