Xəbər lenti
Dəmir yumruq » Manşet » İran prezidentini aparan helikopterin sərt eniş etdiyi ərazi müəyyən olunub
Manşet / Siyasət / Hadisə / Dünya / 19-05-2024, 16:56

İran prezidentini aparan helikopterin sərt eniş etdiyi ərazi müəyyən olunub

 
Bu gün İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi ərazi Ərəsbaran meşəliyindədir.
 
Bu barədə  İran KİV-ə istinadən məlumat verib.
 
Məlumata görə, Ərəsbaran meşəliyi Şərqi Azərbaycan vilayətində Kəleybər, Siyərud və Əhər rayonları arasında yerləşir.
Hadisənin baş verdiyi ərazi keçilməz ərazidir. Bu məsələ axtarış əməliyyat qüvvələrinin əraziyə getmələrinə çətinlik yaradıb.
 
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.