Xəbər lenti
Dəmir yumruq » Manşet » İran prezidentini aparan helikopterin eniş ərazisinə 8 təcili yardım maşını göndərilib
Manşet / Siyasət / Dünya / 19-05-2024, 16:48

İran prezidentini aparan helikopterin eniş ərazisinə 8 təcili yardım maşını göndərilib

 
İran prezidenti İbrahim Rəisini aparan helikopterin sərt eniş etdiyi əraziyə 8 təcili yardım maşını göndərilib.
 
Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
 
Onun sözlərinə görə, hadisənin baş verdiyi əraziyə çatmaq üçün bütün tədbirlər davam etdirilir.
 
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.