Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda bu ali məktəbin adı dəyişdirildi - QƏRAR
Manşet / Siyasət / 14-05-2024, 16:40

Azərbaycanda bu ali məktəbin adı dəyişdirildi - QƏRAR

 
Nazirlər Kabineti “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.
 
Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
 
Gənclər və İdman Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
 
Nizamnaməyə əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
 
Akademiya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. Akademiyanın nizamnamə fondu 19.767.070 (on doqquz milyon yeddi yüz altmış yeddi min yetmiş) manatdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.