Xəbər lenti
Dəmir yumruq » Manşet » “Qarabağ”ın mükafatlandırılması son tura qalıb
Manşet / 13-05-2024, 15:35

“Qarabağ”ın mükafatlandırılması son tura qalıb

 

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Qarşılaşma “Azersun Arena”da keçiriləcək. Buna Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Premyer Liqanın 2023/24-cü illər mövsümünün mükafatlandırma mərasimi səbəb olub.

“Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək. “Azersun Arena”da baş tutacaq tədbirdə cari mövsümün çempionu “Qarabağ”a medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim ediləcək.

Qeyd edək ki, matç mayın 26-da keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.