Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
"Amma buna baxmayaraq, Yeni Azərbaycan Partiyası yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də prosesə hazırlıq aparır. Hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir", - o bildirib.