Xəbər lenti
Dəmir yumruq » Manşet » Hər şey hazırdır, qayıdırıq...
Manşet / Cəmiyyət / 8-05-2024, 11:48

Hər şey hazırdır, qayıdırıq...

 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.

Şuşaya Böyük Qayıdışın sabah - 8 may tarixində gerçəkləşəcəyi gözlənilir. Aydın məsələdir ki, bu tarixin seçilməsi heç də təsadüfi deyil. 

32 il öncə 8 may tarixində işğal olunan, illər sonra ordumuz tərəfindən azad edilən mədəniyyət paytaxtımıza qayıdışın bu təqvimə salınmasının  mənəvi anlamını yəqin ki, izah etməyə heç gərək də yoxdur.

Prezident İlham Əliyevin tapşırığı əsasında, Böyük Qayıdışın Şuşa üzrə ilkin mərhələsinin reallaşması üçün demək olar ki, hər şey hazırdır.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.

Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.