Səhiyyə naziri Teymur Musayev elektron reseptlərlə bağlı əhaliyə çağırış edib.
Nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirib əlçatanlığı təmin edən bir platformaya çevriləcəyini açıqlayıb.
T. Musayev hər kəsi “Reseptim” tətbiqini yükləməyə səsləyib: “Elektron resept istər əczaçı üçün, istər sıravi vətəndaş üçün, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid bir platformadır. Tədricən elektron resept bütün kağız reseptləri əvəzləyəcək, yazılan bütün reseptlər – istər həkimin kabinetində, istərsə də vətəndaşın istifadə elədiyi mobil telefonda qorunub saxlanılacaq.
Bir çağırış etmək istəyərdim: gedin tətbiqi yükləyin, burada bir problem yoxdur. Həqiqətən də, vətəndaşlar faydalanacaqlar”.