Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza aradan qaldırılıb
Manşet / Siyasət / 5-05-2024, 20:21

Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza aradan qaldırılıb

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.
C.Bayramov həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda həyata keçirilən təmasların və bu platformalarda ölkələrin bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş pasportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Görüş zamanı iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş nazirlər tərəfindən imzalanıb.
Həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.