Xəbər lenti
Dəmir yumruq » Manşet » Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir
Manşet / Siyasət / 3-05-2024, 20:05

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

 

UNESKO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.

“Biz Bakıda UNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti, eləcə də işğal zamanı Ermənistan tərəfindən mədəni və dini irsimizin məhv edilməsi barədə məlumat verdim.

Bizim ümumi fikrimiz ondan ibarət idi ki, UNESKO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”, - H.Hacıyev bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.