Xəbər lenti
Dəmir yumruq » Manşet » Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
Manşet / Siyasət / 2-05-2024, 15:27

Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı

 
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.
 
Məlumata görə, iclas sabah olacaq.
 
Bununla bağlı Komissiyanın üzvlərinə məlumat təqdim edilib.
 
Qeyd edək ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
 
Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb.
 
Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.