ABŞ Dövlət Departamentinin ərəb dili üzrə mətbuat katibi Hala Rharrit ölkəsinin Qəzza zolağı ilə bağlı siyasətinə etiraz olaraq istefa verib.
Rharrit bu barədə özünün "Linkedin" hesabında məlumat paylaşıb.
"2024-cü ilin aprel ayında 18 illik təcrübəmdən sonra ABŞ-nin Qəzza zolağındakı siyasətinə etiraz olaraq istefa verdim", - o deyib.
Rharrit məsələlərin silah gücü ilə deyil, diplomatiya yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.
"Sülh və birlik üçün güc olun", - deyə keçmiş diplomat sonda əlavə edib.