Xəbər lenti
Dəmir yumruq » Manşet » Baş nazir Əli Əsədov Konqo Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb
Manşet / Siyasət / 4-04-2024, 20:36

Baş nazir Əli Əsədov Konqo Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb

 

Aprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Eyni zamanda, səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.