Xəbər lenti
Dəmir yumruq » Manşet » MSN: Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər "fake" və dezinformasiyadır
Manşet / Siyasət / 24-03-2024, 21:33

MSN: Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər "fake" və dezinformasiyadır

 

Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

"Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlikdən bildirilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.