Xəbər lenti
Dəmir yumruq » Manşet » Londondan Bakıya Zəngəzur mesajı: Buna hazırıq!
Manşet / Siyasət / 15-03-2024, 19:30

Londondan Bakıya Zəngəzur mesajı: Buna hazırıq!

 

Azərbaycan bütün dünyada yüksək qiymətləndirilən ticarət yolları üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizindən Mərkəzi Asiyaya və Türkiyədən Qara dənizə və Avropaya yeni bağlantıların açılmasına dəstək verməyə davam edəcək.

Bu sözlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

“Bugünkü Qlobal Bakı Forumunda Sizin qonaqlarınız BMT-nin Nizamnaməsində təsbit olunmuş ortaq təhlükəsizliyimizi və firavanlığımızı müdafiə edən, həmçinin bu gün bir çox tərəflərdən təzyiqlərə məruz qalan həmin ümumi prinsiplər və dəyərlər barədə düşünə bilərlər”, - deyə məktubda bildirilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.