Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün AK Partiyanın təşkil etdiyi ənənəvi iftar süfrəsində Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən danışıb.
Bu barədə məlumat TRT Haber-də yayılıb.
Türkiyə Prezidenti bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə yeni dövrün başlamasını arzulayır:
“Cənubi Qafqazda sabitliyin qorunub saxlanması Türkiyənin prioritetləri arasındadır. Biz ölkələrinin sabitliyinə və sülhünə xidmət edən addımları hər zaman dəstəkləyirik”.