Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan-Ermənistan sülh sazişi ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq”
Manşet / Siyasət / 13-03-2024, 06:46

Azərbaycan-Ermənistan sülh sazişi ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün AK Partiyanın təşkil etdiyi ənənəvi iftar süfrəsində Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən danışıb.

Bu barədə məlumat TRT Haber-də yayılıb.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə yeni dövrün başlamasını arzulayır:

“Cənubi Qafqazda sabitliyin qorunub saxlanması Türkiyənin prioritetləri arasındadır. Biz ölkələrinin sabitliyinə və sülhünə xidmət edən addımları hər zaman dəstəkləyirik”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.