Bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Hesabata əsasən, müvafiq məlumatlar əsasında əcnəbilərin iş icazəsinə rəy verilməsinə dair müraciətlərə Miqrasiya Məcəlləsinə uyğun baxılıb, onlardan ümumilikdə 10,2 min nəfər olmaqla, 5,4 min nəfərə iş icazəsinin verilməsi, 4,8 min nəfərin isə iş icazəsinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib.