Xəbər lenti
Dəmir yumruq » Manşet » Ərdoğanın forumda mesajı: İrəvanın cəhdi alınmadı
Manşet / Siyasət / 1-03-2024, 19:25

Ərdoğanın forumda mesajı: İrəvanın cəhdi alınmadı

 

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu-2024-ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək” deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırma siyasətinin nəticə vermədiyini bir daha təsdiqləyir:

“Əslində Ankaranın bu siyasəti Ermənistanın Baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalıdır. O, erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusuyla problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir.

Antalya Forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı var idi ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Forumda çıxış edərkən, Azərbaycanla Ermənistanın münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.