Xəbər lenti
Dəmir yumruq » Manşet » Baş DYP İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciət ETDİ
Manşet / Cəmiyyət / 28-02-2024, 10:57

Baş DYP İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciət ETDİ

 

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb.

Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobilə toqquşub. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.