Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi məlum olub
Manşet / Siyasət / 27-02-2024, 14:04

Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi məlum olub

 

Azərbaycanda bələdiyyələrin hansı qaydada birləşəcəyi məlum olub.

Bu barədə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Qeyd edək ki, Milli Məclisin Regional komitəsinin martın 1-ə təyin edilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) və Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.