Dəmir yumruq » Manşet » Dünya Qarabağda törədilən qırğınlara qarşı heç bir tədbir görmədi - Ərdoğan
Manşet / Siyasət / 24-02-2024, 16:59

Dünya Qarabağda törədilən qırğınlara qarşı heç bir tədbir görmədi - Ərdoğan

 

Azərbaycan torpaqları və onun tərkib hissəsi olan Qarabağ uzun illər işğal altında qaldı. Xocalı başda olmaqla, bu bölgələrdə çoxlu qırğınlar törədildi. Lakin dünya buna qarşı bir tədbir görmədi.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada keçirilən tədbirdə deyib.

O, region ölkələrinin gücünün birlikdən qaynaqlandığını qeyd edib.

"Türkiyə və türk milləti olaraq bu torpaqlarda sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, görəcəyimiz işlər bəllidir. Bizim quruda, dənizdə və havada güclü müdafiə sənayemiz və güclü ordumuz olmalıdır. Digər ölkələr üçün bunlar seçim ola bilər, amma bizim üçün bu, bir öhdəlikdir", - Ərdoğan qeyd edib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.