Xəbər lenti
Dəmir yumruq » Manşet » Əliyev-Nikol görüşü: Makron “getdi”, Şolts vasitəçi olur?
Manşet / Siyasət / 18-02-2024, 13:48

Əliyev-Nikol görüşü: Makron “getdi”, Şolts vasitəçi olur?

 

 Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhendə görüş Almaniya kansleri Olaf Şolstun istəyi ilə baş tutub. Hər iki tərəf ev sahibinə “yox” deməmək üçün görüşə razılaşıblar. Ancaq əvvəlcədən də aydın idi ki, mümkün görüşdə irəliləyiş əldə olunmayacaq. Çünki tərəflərin baxışlarındakı fərqlər ortadan qaldırılmayıb.

Bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Münhendə baş tutan görüşlə bağlı qeyd edib.

O bildirib ki, bütün hallarda Münhen görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yenidən yaxın zamanda görüşmək tapşırığı verməsi ortamın yumşaldılmasına xidmət etməlidir:

“Liderlər eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq da veriblər.

Almaniyanın vasitəçilik təşəbbüsünə gəldikdə, bunun daimi xarakter daşıyacağını söyləmək çətindir. Əlbəttə, Azərbaycan üçün Fransadansa Almaniyanın vasitəçi kimi təşəbbüskarlığı daha faydalıdır. Ancaq Berlin vasitəçilik təşəbbüsündə Brüsseli əvəz etməyəcək. Digər tərəfdən, baş verənlərin fonunda Azərbaycanın vasitəçilərə inamı və ehtiyacı yoxdur. Sadəcə, kansler Olaf Şolts Münhen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək İlham Əliyevlə Nikol Paşinyanı görüşdürüb. Şoltsun vasitəçiliyini davam etdirməsi üçün xüsusi planı yoxdur. Şolts görüşü təşkil etməklə özünün və ölkəsinin Avropada rolunu və Fransadan geri qalmaq istəmədiyini göstərməyə çalışıb. Onun sosial hesabında yazdığı “hər iki tərəfin zorakılıq olmadan qalan məsələləri həll etməyə razı olması yaxşıdır” cümləsi də Şoltsun xanəsinə yazıla bilər. Ancaq Ermənistan yenə sərhəddə təxribata əl atarsa, artıqlamasıyla cavabını alacaq və Şolts bunun qarşısını ala bilməyəcək”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.