Xəbər lenti
Dəmir yumruq » Manşet » “Bu, sırf cavab tədbiri idi” - Azərbaycan XİN
Manşet / Siyasət / 13-02-2024, 19:32

“Bu, sırf cavab tədbiri idi” - Azərbaycan XİN

 

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır”.

Bu barədə Azərbaycan XİN-in son hərbi təxribatlarla bağlı Ermənistan XİN-in bəyanatına dair şərhində bildirilib.

“Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - açıqlamada vurğulanıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.