Xəbər lenti
Dəmir yumruq » Manşet » SSRİ-yə daxil olan zaman ərazilərdən danışırıqsa... - Paşinyan
Manşet / Siyasət / 12-02-2024, 19:49

SSRİ-yə daxil olan zaman ərazilərdən danışırıqsa... - Paşinyan

 

 Əgər biz Sovet İttifaqına daxil olan zaman ərazilərdən danışırıqsa, bilirsinizmi, bu kontekstdə Sovet İttifaqına qoşulma dövründən danışmaq heç də düzgün deyil.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində deyib.

“Niyə? Çünki üçtərəfli və dördtərəfli formatda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmada Almatı Bəyannaməsi əsasında iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı yazılı şəkildə qeyd olunub”, - o bildirib.

Paşinyan bildirib ki, Azərbaycan tərəfinin verdiyi açıqlamalara görə təhlillər aparılır və Azərbaycanın əldə olunmuş razılaşmalardan geri addım atdığına dair analizlər var:

“Lakin Azərbaycan, xüsusən, Soçi və Praqada qəbul edilmiş bəyanatlardan öz imzasını geri götürdüyünü bəyan edənə qədər tamamilə aydındır ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu məntiqin əksi qanunsuzdur”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.