Xəbər lenti
Dəmir yumruq » Manşet » Suraxanı rayonunda seçicilərlə görüş davam edir
Manşet / Siyasət / 5-02-2024, 21:58

Suraxanı rayonunda seçicilərlə görüş davam edir

 

 

 

  

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın sədr müavini Salman Əbdülov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, təşviqat qrupunun üzvləri Ağalar Bayramov və Südabə Abdullayeva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub. Əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb. Ölkəmizin hər yerində üçrəngli bayrağımız dalğalanmaqdadır.

Təşviqat qrupunun üzvləri seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Suraxanı rayonunun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.