Xəbər lenti
Dəmir yumruq » Manşet » İnamı, etimadı, etibarı doğruldan Azərbaycan gəncliyi
Manşet / Siyasət / 1-02-2024, 17:34

İnamı, etimadı, etibarı doğruldan Azərbaycan gəncliyi

 

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu bütün zaman­lar­da gəncləri cəmiyyətin ən aparıcı qüvvəsi kimi dəyərləndirmiş, onların hərtərəfli formalaşmaları üçün bütün vasitələrdən istifadə olunmasını təmin etmişdi. Azərbaycan gəncliyi Ulu Öndərin ina­mı­nı, etimadını, etibarını həmişə doğruldurdu. Azərbaycanın ən ağır vaxtlarında da gənclər bö­yük tarixi şəxsiyyətin amalının mücahidi oldu. Ordu cəmiyyətin bir hissəsidir, əksəriyyəti gənclər­dir, 1994-cü ilin yanvarında Horadiz əməliyyatında da Ulu Öndərin hücum əmrini qələbə ilə tamam­ladı...

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin ilk vaxtlarında siyasi gərginlikləri xalqın ciddi tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev aradan qaldırdı. Suveren Azərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsi üçün Ulu Öndər gənclərin po­ten­sialını dövlətçiliyin inkişafına yönəltdi, gənclər siyasəti dövlət üçün prioritet oldu. 1996-cı il fev­ralın 2-də Azərbaycan gənclərinin Birinci Forumu keçirildi. Azərbaycan Respublikasının Pre­zi­­denti Heydər Əliyev gənclərin mənəvi vəzifələrini müəyyənləşdirdi, çıxışında de­di ki, “Gənc­ləri­mizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr et­mək­dən, müs­təqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən iba­rət ol­ma­lı­dır”.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il fevralın 2-də fevralın 2-si­nin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzaladı. O vaxtdan üzü bu ya­­na Azərbaycanın Gənclər Günü təntənəli şə­kil­də qeyd edilir. Azərbaycan gəncliyi gənc Azərbaycan dövlətinin istər siyasi nüfuzunun yük­səl­mə­sində, istər iqtisadi gücünün artırılmasında, istərsə də Azərbaycan xalqının ədəbiy­ya­tının, mə­də­­niy­­yə­ti­nin, incəsənətinin dinamik inkişafında fədakarlıqlar göstərdilər. Azərbaycan Ordusu Ulu Öndərin töv­siyələrini, tapşırıqlarını böyük məsuliyyətlə yerinə yetirirdi ki, bu da ordu quru­cu­lu­ğu­nun daha dönməzliyini təmin edirdi.

Azərbaycanda gəncliyə, gənclərə münasibət dünyəvi mahiyyətlidi. Gənclər sosial həyatın bütün sahələrində işləyir, təhsil alırdı. Onların fəaliyyətini eyni məcrada – eyni dövlət təsisatında birləşdirməyi, əlaqələndirməyi zəruri hesab edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Yenilik fəaliy­yət­lərin koordinasiyasını da təmin etdi, səmərəliyini də artırdı. Bu, həm də dövlət siyasətinin tər­kib hissələrindən biri oldu. Sonralar gənclər siyasəti istiqamətində həyata keçirilən bütün tədbirlər, imzalanan bütün sənədlər respubli­ka­nın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün səmərəli şərait yaradırdı, gənclər siyasətinin prinsip və istiqamətləri, təşkilati-hüquqi əsasları  müəyyən edilirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hələ 70-80-ci illərdə gənclərin sabiq SSRİ-nin iri şəhərlərində ali təhsil almasını sistemləşdirə bilmişdi. Müstəqil Azərbaycanda da bu siyasət uğurla, yeni formatda davam etdirilirdi.

Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mər­kəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azər­baycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəb­lə­rə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezi­dent təqaüdü” verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin ifadəsidir.

Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Fərmanla Azərbaycan Respublikasında döv­lət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.

Azərbaycan gənclərinin vətənpərvərliyini daha yüksək səviyyəyə yüksəltməyə, Vətənə sədaqət ruhunda formalaşmasını təmin etməyə istiqamətlənmiş siyasətdir. Ulu Öndər Heydər Əli­yev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

Böyük tarixi şəxsiyyətin gənclər siyasəti də uğurla davam etdirilir. Azərbaycan gəncliyi bu gün Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin sədaqətli əsgəridir. Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda gənclər siyasətini böyük tarixi şəxsiyyət Hey­dər Əliyevin müəyyənləşdirdiyi kimi davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi Azərbaycan dövlətçiliyinin əbədiliyinin mühafizəkarıdır. 2022-ci il fevralın 2-də Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev demişdi ki, “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

“Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci il­lər­də Azərbaycan gənc­lə­rinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbay­can Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nü­fuz­lu ali mək­təb­lərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil al­malarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramı çərçivəsində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümu­mi­lik­də 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclər siyasətini bütün parametrləri ilə dövlət siyasətinin tərkib hissəsinə çevirib. Bu da özlüyündə gənclərin siyasi proseslərdə fəal iştirakını təmin edir. Ölkə başçısının təşəbbüsü ilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respub­li­kasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhə­miy­yətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant formatında maliyyələşdirmək məq­sədi qoyuldu. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Res­pub­likasının Gənclər Fondu adlandırıldı.

Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəa­liy­yət göstərir. GİKM 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il okt­yabrın 1-də imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əli­yevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb.

Bakıda da, bölgələrdə də fəaliyyət göstərən Gənclər evi və mərkəzləri gənclərin vətənpər­vərlik ru­hun­da formalaşması, onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsi­sat­la­rının prio­ri­tet vəzifəsidir. Gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, onların ahəngdar in­­kişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardım­la­rının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi geniş­lən­məkdədir.

Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə İlham Əliyev elm, təhsil, mə­də­niyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, gənc­lərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini gös­tər­məsinə, inkişaf etdirməsinə yardım edir; uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi formalaşmasına xidmət edir; xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alim­lərin müba­di­ləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir...

Sən qüdrətli Azərbaycanın gəncliyisən, Azərbaycan gəncliyi! Sənin qüdrətin üçün Ulu Öndər Heydər Əliyevin göstərdiyi böyük miqyaslı qayğıları əhatələyən böyük siyasəti  Azər­bay­can Respublikasının Prezidenti İlham Əliyev azərbaycançılığa böyük sədaqətlə davam et­di­rir.

Səbinə Xasayeva,

Milli Məcliisin deputatı


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.