Xəbər lenti
Dəmir yumruq » Manşet » Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib
Manşet / Siyasət / 1-02-2024, 17:11

Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib

 
Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib.
2024-cü il fevralın 7-də tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İsgəndərov, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, təşviqat qrupunun üzvləri - Rauf Zeyni, Mirfaiq Mirheydərli, Cəlal İbrahimli, Oruc Məmmədov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə həyata keçirilən siyasətə dəstəklənməsi, sabitlik, iqtisadi inkişaf, insanların sosial rifah halının yüksəlməsi uğurlarımızı şərtləndirən əsas amillərdir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanıb. Həmçinin bu illər ərzində Azərbaycan regionun lider dövləti kimi beynəlxalq münasibətlər sistemində də yerini və mövqeyini əsaslı şəkildə möhkəmləndirib. Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edib. Bu uğurların zirvəsini tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bütün ölkə ərazisində tam olaraq bərpa olunması təşkil edir.
Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.
Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.