Xəbər lenti
Dəmir yumruq » Manşet » Seçicilər xalqımızın qəhrəman oğlu, qalib Lider İlham Əliyevə səs verəcəklər
Manşet / Siyasət / 30-01-2024, 20:48

Seçicilər xalqımızın qəhrəman oğlu, qalib Lider İlham Əliyevə səs verəcəklər

 

 

 

 

 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Binəqədi rayonunun Biləcəri və  Xocəsən qəsəbələrində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Fikrət Əliyev, Bəhram Şiriyev, qazi Zakif Abbasov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edib. Həyata keçirilən iqtisadi, siyasi, sosial islahatların uğurlu nəticələri olaraq dövlətimizin qüdrəti daha da artıb. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə bu uğurların davamına- cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə xalqımızın qəhrəman oğlu, qalib Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov seçicilərlə məhəlli görüşlər keçirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.