Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, təşviqat qrupunun üzvləri Ağaəli Hüseynov, Elşad Məmmədov və digərləri çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, nəticəyə hesablanmış qərarları, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına adekvat cavab verib. Bütün bu uğurlar və davamlı inkişaf onu deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da davamlı olaraq inkişaf edəcək, daha böyük qələbələrə imza atacaq.
Qeyd edək ki, YAP Nərimanov təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov və təşviqat qrupunun üzvləri Ə.Dəmirçizadə küçəsində seçicilərlə fərdi görüşlər keçiriblər.