Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
Manşet / Siyasət / 26-01-2024, 08:55

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib

 

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri cənab Devid Con Hörliyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.