Xəbər lenti
Dəmir yumruq » Manşet » Seçicilər qalib Lider İlham Əliyevi dəstəkləyir!
Manşet / Siyasət / 24-01-2024, 19:38

Seçicilər qalib Lider İlham Əliyevi dəstəkləyir!

 

 

 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Binəqədi rayonunda qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Səkinə Babayeva, Məlahət İbrahimova, Həcər Mirzəyeva çıxış ediblər. Çıxışlarda Vətənimizi işıqlı gələcəyə aparan dövlət başçısı İlham Əliyevin daha böyük inkişafı hədəfləyən siyasi kursu və dövlət idarəçiliyindən bəhs olunub. Bildirilib ki, cənab İlham Əliyevin bütün sahələri əhatə edən uğurlu islahatlarının növbəti illərdə də davam etməsi üçün seçicilər 7 fevral prezident seçkilərində fəal iştirak etməli və yenidən qalib Liderə səs verməlidirlər.

Seçicilər də bildiriblər ki, xalqımızın əvəzsiz Lideri İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan seçicilərlə fərdi görüşlər keçirib.

 

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.